Keçid linkləri

2025, 27 İyul, bazar, Bakı vaxtı 08:12
Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'

Şuşa Media Forumuna gələn Qusman vəzifəsindən azad edildi

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma daha sonra Azərbaycan diasporunun bəzi üzvləri də saxlanıb. Bundan bir neçə gün sonra – iyunun 30-da Azərbaycanda isə narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı bildirilib, yayılan görüntülərdə tutulanların üzərində zorakılıq izləri müşahidə olunub. İyulun 1-də də "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.

Şuşa Media Forumuna gələn Qusman vəzifəsindən azad edildi

Mixail Qusman Rusiyanın TASS dövlət xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bu haqda sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Sənəddə Qusmanın işdən çıxarılmasının nə ilə bağlı olduğu göstərilmir. Özü də heç bir şərh verməyib.

TASS qurumun baş direktoru Andrey Kondraşovun adından Qusmana "uzun illər işinə görə" təşəkkür məktubu dərc edib. Hazırda 75 yaşı olan M.Qusman 30 il agentlikdə çalışıb.

Bakı əsilli Qusman bugünlərdə Xankəndidə keçirilən mediaforumda iştirak edib. Qusman, forumun digər rusiyalı iştirakçısı, politoloq Sergey Markov kimi, Əliyevə heç bir şəkildə opponentlik etməyib, onun Rusiya ilə bağlı sözlərinə münasibət bildirməyib, eyni zamanda, Azərbaycan liderini tərifləyib. "Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür... Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir... Başa düşürəm ki, Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir... Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir", - Qusman Əliyevə müraciət edərək bildirib.

Onun forumdakı davranışı sosial şəbəkələrin müharibə tərəfdarı seqmentinin kəskin tənqidinə səbəb olub.

M.Qusman rejissor və televiziya aparıcısı Yuli Qusmanın kiçik qardaşıdır.


Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyanı məhkəməyə verir

Azərbaycan 2024-cü ilin dekabrında Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrə müraciət üçün sənədlər hazırlayır. Bunu Xankəndidə Şuşa Media Forumunda çıxışı zamanı ölkə prezidenti İlham Əliyev deyib.

Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu saxlanıb

Yekaterinburqda yerli Azərbaycan diasporu rəhbərinin oğlu Mütvəli Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.

E1.RU xəbər verir ki, Mütvəlinin saxlanması güc strukturu əməkdaşına xəsarət yetirilməsi ilə bağlıdır.

İyulun əvvəlində onun atası Şahin Şıxlinski saxlanmış, dindirildikdən sonra sərbəst buraxılmışdı. Həmin anın videolarından görünür ki, Şıxlinskinin oğlu olduğu üzə çıxan sürücü təhlükəsizlik qüvvələrini görüncə, "Gelandewagen"i qəfil arxaya sürür və açıq qapı ilə xüsusitəyinatlılardan birini vurur.

Diasporun rəhbəri Ş.Şıxlinskiyə də cinayət işi açılsa da, o gizlənib. Axtarışa verilib.

Ş.Şıxlinskinin adı 2001-2011-ci illərdə Yekaterinburqda törədilmiş silsilə qətllərin istintaqı ilə əlaqədar Səfərov qardaşlarına qarşı cinayət işində şahid qismində hallanır.


Rusiyada polislər azərbaycanlı iş adamlarına himayədarlıqda şübhəli bilinir

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhlükəsizlik İdarəsinin əməliyyatçılarının Leninqrad vilayətinin Vsevolojsk rayonunun bir neçə polis əməkdaşının qanunsuz fəaliyyətini aşkarlayaraq qarşısını aldıqları bildirilir.

Rəsmi açıqlamaya görə, ilkin olaraq müəyyən edilib ki, 2023-cü ildən bir sıra vəzifəli şəxslər, o cümlədən rayon polisinin rəhbər heyəti rayonda fəaliyyət göstərən iş adamlarına pul əvəzində himayədarlıq ediblər.

İstintaqın məlumatına görə, qonşu ölkələrdən birindən gəlmələr miqrant həmvətənlərini əmək fəaliyyətinə cəlb edərək mənşəyi şübhəli olan spirtli içkilər və tütün məmulatlarının satışını həyata keçiriblər.

İyulun 10-da təqsirləndirilən şəxslərin, habelə iş adamlarının yaşadıqları yerlərdə və ticarət obyektlərində axtarış-həbslər aparılıb.

Rusiya mediası sahibkarların Azərbaycan əsilli olduğunu yazır.

Davamı

XS
SM
MD
LG